Hacıbala Abutalıbov beynəlxalq hesabatda

hacibala-abutalibov-beynelxalq-hesabatda
Oxunma sayı: 644

Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Raçel Denber “Azadlıq” radiosuna deyib ki, hesabat fevralda açıqlanacaq. Onun sözlərinə görə, hesabat yalnız Bakının Dövlət Bayrağı Meydanı ətrafına aparılan tikinti işləri səbəbindən mülkiyyət hüququ pozulmuş şəxsləri yox, paytaxtda aparılan bütün söküntülərdən əziyyət çəkənləri əhatə edəcək”.

Raçel Denber qeyd edib ki, mülkiyyət hüququ pozulmuş adamların işinə görə rəsmi qurumlara görüşmək üçün müraciət etsə də, niyyətinə çatmayıb: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşməyə cəhd göstərdim. Bildirdim ki, icra hakimiyyətinin hər hansı bir işçisi ilə də görüşməyə razıyam. Ancaq bu görüş baş tutmadı”.