Hökumət yaxın bir həftəyə istefaya gedir

hokumet-yaxin-bir-hefteye-istefaya-gedir
Oxunma sayı: 657

N.Kan qeyd etmişdir ki, köhnə hökumət yerini hazırda hakimiyyətdə olan Demokratik Partiyanın nümayəndələrindən təşkil ediləcək yeni hökumətə verəcəkdir.

Müxalifətin və hakimiyyətdə olan Demokratik Partiyanın nüfuzlu dairələrinin təzyiqi ilə üzləşən Baş nazir artıq bir neçə dəfə müəyyən şərtlərlə istefa verməyə hazır olduğunu bildirmişdir. Buraya ölkədə maliyyə vəziyyətinin sabitliyini qoruyacaq və təbii fəlakətin nəticələrini aradan qaldırmağa imkan verəcək qanunvericiliyin qəbul edilməsi daxildir. Həmin sənədlər artıq qəbul olunmuşdur.

Həmin gün, eyni zamanda, avqustun 29-da ölkə parlamentinin aşağı palatasında böyük üstünlüyə malik Demokratik Partiyanın yeni liderinin seçkisinin keçirilməsi barədə də rəsmi qərar qəbul edilmişdir. Bu seçki həmin partiyaya hökumət başçısı vəzifəsinə öz rəhbərini təsdiq etmək imkanı verəcəkdir.

Son vaxtlar Baş nazir Naoto Kanın reytinqi sürətlə aşağı düşməkdədir. Seçicilər onu ardıcıl olmamaqda, tələsik qərarların qəbul edilməsində və “Fukusima-1” AES-də təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı yol verilmiş səhvlərdə günahlandırırlar. Hazırda Baş naziri müdafiə edənlər təxminən 15 faiz təşkil edir.