Hülusi Kılıç: ““Sarı gəlin” türk mahnısıdır”

<b>Hülusi Kılıç: ““Sarı gəlin” türk mahnısıdır”</b>
Oxunma sayı: 290

Nazir hər halda, “Sarı gəlin”in erməni mahnısı kimi təqdim edilməsinə diqqət etməyib”. ”Qafqazinfo”nun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. O, Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Şəffaf oda” proqramında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “Sarı gəlin” mahnısının erməni musiqisi kimi təqdim edərkən heç bir reaksiya verməməsinə münasibət bildirib: “Əhməd Davudoğlu son dərəcə Azərbaycan xalqını və mədəniyyətini yaxşı tanıyan, Azərbaycanla bağlı hər şeyi dərindən bilən bir insandır. O, hər zaman Azərbaycana hörmətlə yanaşır. Nazir hər halda “Sarı gəlin”in erməni mahnısı kimi təqdim edilməsinə diqqət etməyib”.

Qeyd edək ki, Davudoğlu “Kanal D” telekanalında yayımlanan “Şəffaf oda” verilişində qonaq olub. Proqramda Azərbaycanın xalq mahnısı “Sarı gəlin” erməni xalq mahnısı kimi təqdim edilib.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi