Bibisini bıçaqlayaraq öldürdü

bibisini-bicaqlayaraq-oldurdu
Oxunma sayı: 1026


 “Qafqazinfo” xəbər verir ki, qanlı hadisə şəhərin Quliyalçay küçəsi, mənzil 14-də qeydə alınıb. 31 yaşlı Xaçmaz sakini Samir Mövlanov bibisi 50 yaşlı Gülbikə İskəndərovaya 17 bıçaq zərbəsi vurmaqla onu qətlə yetirib. Xaçmaz Rayon Prokurorunun böyük köməkçisi Əlibaba Şahverənovun verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

 Bibisini qətlə yetirməkdə təqsirləndirilən Samir Mövlanov polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, aradırma aparılır.