Bıçaqlaşanlar tutulu - Kriminal xəbərlər

bicaqlasanlar-tutulu-kriminal-xeberler
Oxunma sayı: 675

İyulun 22-si saat 21:30 radələrində Hövsan qəsəbəsində Şahin Rəfiağayev xuliqanlıq zəminində Aydın Məmmədova bıçaqla döş qəfəsindən daxilə nüfuz edən xəsarət yetirdiyinə görə Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 21-i saat 23 radələrində naməlum şəxs M.Hadi küçəsində Coşqun Məmmədova bıçaqla xəsarət yetirərək 2 ədə mobil telefon və 270 manat pulunu almışdır. Əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakini Ramin Cəbrayılov iyulun 22-də Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bül-bülə qəsəbə sakini Ağaşir Bağırovdan 0,383 qram heroin, ona narkotik maddəni satan Cəlilabad rayon sakini Bəhruz Fərruxovdan isə 0,475 qrap heroin aşkar olunaraq götürülmüşdür.

Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan əvvəllər məhkum olunmuş Saleh Həsənov tutulmuşdur.

İyulun 21-də Cavadxan küçəsində Namiq Nəbiyevə bıçaqla xəsarət yetirən Bakı şəhər sakini Əli Məlikov iyulun 22-də Nəsimi RPİ CAŞ və 19-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.