İlham Əliyev Roberto Karlosa mükafat verəcək

ilham-eliyev-roberto-karlosa-mukafat-verecek
Oxunma sayı: 683

Məlum olduğu kimi bu gün məşhur futbolçu Roberto Karlos Azərbyacana gəlir. Qafqazinfo xəbər verir ki, "Anji"nin məşqçisi və futbolçusu braziliyalı müdafiəçinin səfərinin məqsədi FİFA U-17 qadınlararası dünya çempionatının təbliğində iştirak etməkdir. Paytaxtda təşkil olunacaq təqdimat mərəsimində başda prezidenti İlham Əliyev olmaqla AFFA rəhbərliyi, tanınmış futbol simalarının da iştirakı gözlənilir. Həmçinin prezidentin 38 yaşlı R.Karlosla görüşərək ona turnirin ilk biletini və Azərbaycan futbolunun 100 illiyi ilə bağlı mükafat da təqdim edəcəyi ehtimal olunur. Məlumatı "Anji"nin rəsmi saytı yayıb.