“Bilirsiz də məni neyləyərlər...” - Fotolar

bilirsiz-de-meni-neyleyerler-fotolar
Oxunma sayı: 649

Bu barədə “Qafqazinfo”ya açıqlama verən xalq artisti bildirib ki, bir neçə gün sonra o, dünyaca məşhur reper Snoop Doggla duet oxumaq üçün Amerikaya yola düşür: “Duetimiz hazırdı. Hamı çox istəyir ki, mənim Snoop Doggla oxuduğum dueti dinləsin. İnanırsız, mən sizdən betər 7 aylığam. Mahnı hazırda mənim evimdədir. Onu dinləyiclərə təqdim edə bilərdim. Amma bunu etsəm, bilirsiz də məni neyləyərlər... Onu da deyim ki, bizim bu duetimizu kanal “MTV”, habelə digər tanınmış dünya musiqi kanallarında nümayiş olunacaq və mən orda şərq xanımı obrazını təqdim edəcəyəm”.

Xanım Kazımova bu layihədə iştirak edən bəzi insanların da adını açıqladı: “Bu klipdə dünya ulduzu JLo-nun xoreoqrafı Həmzə, Britney Spearsin vokal müəllimi Markus, Beyonsun rəqqasları, adını açıqlaya bilmədiyim dünya ulduzunun stilisti ilə birgə çalışacağıq. Bütün seçimlər mənim özümündür. Xoreoqraf Həmzə özü mənim klipimdə rəqs edəcək”.

Qeyd edək ki, klip çəkilişləri Los-Ancelesdə baş tutacaq. Klipin təqdimatının isə mart ayında İstanbulda və vətənimizdə keçirilməsi gözlənilir.

Xatırladaq ki, bu layihə türk şirkətinin layihəsi olduğundan müqaviləyə görə ən yeni və doğru məlumatlar ilk olaraq Türkiyə və Azərbaycan mediasında açıqlanacaq.

Aynur B.