İndi də AzAL-ın təyyarəsində problem çıxdı - Eksklüziv

indi-de-azal-in-teyyaresinde-problem-cixdi-ekskluziv
Oxunma sayı: 643

Bu barədə “Qafqazinfo”ya təyyarədəki sərnişinlərdən biri məlumat verib. Sərnişin bildirib ki, təyyarə Atatürk Hava Limanından havaya qalxdıqdan bir saat sonra yenidən hava limanına qayıdıb. Təyyarə yerə enməzdən öncə sərnişinlərə məcburi qaydada hava maskalarını geyinmək tapşırığı verilib. Təyyarə yerə endikdən sonra sərnişinlər təyyarədən evakuasiya ediliblər. Hazırda Atatürk Hava Limanında gözləmə otağında olan sərnişinlərə başqa təyyarə ilə Bakıya uçacaqları bildirilib.

Qeyd edək ki, sərnişinlərə təyyarədə ciddi texniki nasazlıqların yaradıldığı bildirilsə də, konkret nə baş verdiyi açıqlanmayıb.

AzAL-ın xidmət rəhbəri Məhərrəm Səfərli “Qafqazinfo”ya xəbəri təsdiqləyərək bildirib ki, təyyarə həqiqətən də məcburi eniş edib: “Sadəcə xırda texniki nasazlıq olub ki, bu da aviasiyada adi və tez-tez baş verən haldır. Hazırda təyyarədəki nasazlıq aradan qaldırılır və bir azdan həmin təyyarə ilə sərnişinlər Bakıya uçacaqlar”.

Nigar Məmmədli