İndoneziya dəhşətli fəlakətlə üzləşdi

indoneziya-dehsetli-felaketle-uzlesdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, zəlzələnin ardınca sunami xəbərdarlığı edilib. Zəlzələnin Sumatra adası sahillərində meydana gəldiyi xəbər verilir.

Hind okeanı müşahidə altında saxlanılır. Hind okeanının sahillərində olan bütün ölkələrə təbii fəlakət xəbərdarlığı edilib.

26 dekabr 2004-cü ildə İndoneizyanın Sumatra adısında meydana gələn 9,1 bal gücündəki zəlzələdən sonra yaranan sunami Cənubi Asiyada 10-a yaxın ölkəyə təsir etmişdi. Təbii fəlakət nəticəsində 168 mini İndoneziyadan olan 230 min insan ölmüşdü.