Binədə işıq niyə yanmır?

binede-isiq-niye-yanmir
Oxunma sayı: 1732

Binə qəsəbəsində 14 saatdır ki, işıq yoxdur. Bu barədə “Qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. Onlar bildiriblər ki, elektrik enerjisi dünən 21:00 radələrində kəsilib və hələ də bərpa edilməyib.

“Qafqazinfo” məsələylə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, ərazidə elektrikin verilməsi səhər saatlarından dayandırılıb və görülən işlərlə əlaqədardır: 

“14 saat deyil. Səhər saat 06.48-dən etibarən yay mövsümündən qış mövsümünə keçidlə əlaqədar yarımstansiyada təftiş işi aparılır. Əhali bu barədə məlumatlandırılıb. Elektrik enerjisinin verilişi qısa müddət ərzində bərpa ediləcək”. 

Günel Hacı