Binəli Yıldırım və Hulusi Akar Azərbaycana gələcəklər

bineli-yildirim-ve-hulusi-akar-azerbaycana-gelecekler
Oxunma sayı: 1290

Türkiyə parlamentinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar seçkilərdən sonra ilk səfərlərini Azərbaycana edəcək.

“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib ki, özünü hər zaman Azərbaycanda evindəki kimi hiss edir: “Biz qardaşıq, bir millət, iki dövlətik. Bir ənənəmiz var, hər seçkidən sonra ilk səfərlər Azərbaycana və ya Türkiyəyə olur. Parlament sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar da ilk səfərini Azərbaycana edəcək”.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə regionda mühüm rola malikdir və birgə iri layihələr həyata keçirir.