“Bir balaca yağış yağdı, tıxac yarandı” - Deputat

bir-balaca-yagis-yagdi-tixac-yarandi
Oxunma sayı: 1064

"Dünən axşamdan bir balaca yağış yağdı, Bakıda yenə aləm bir-birinə dəydi, tıxaclar yaranmağa başlandı. Bu, artıq cəmiyyətimiz üçün ciddi məsələyə çevrilməkdədir".

“Qafqazinfo”nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa parlamentin növbəti plenar iclasında dilə gətirib.
“Biz niyə bunun qarşısını ala bilmirik? Bu gün hansı insanlar narazıdır? O insanlar ki, marşrutlarda, avtobuslarda, yollarda dəqiqələrlə, saatlarla durub, oturub gözləyirlər. Hamısı işə yetişməkdə çətinlik cəkir. Bunlardan ciddi narazılar elektoratı ola bilməz. Tez-tez nəqliyyatın intellektual idarəetməsindən danışılır, düzdür, nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür, yoxdur Odur ki, biz ictimai nəqliyyat məsələsini qaydaya salmalıyıq. Bizdə bu işi görəcək mütəxəssislər yoxdursa, xaricdən dəvət etməliyik…”-deyə, F. Mustafa sözlərinə əlavə edib.

Günel Türksoy