Bir neçə dəqiqəyə sahibkar ol!

bir-nece-deqiqeye-sahibkar-ol
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə dövlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri iştirak ediblər.

Vergilər nazirinin I müavini Natiq Əmirov çıxış edərək iştirakçılara elektron qeydiyyat sisteminin (e-qeydiyyat) tətbiqi barədə məlumat verib, bunun nazirlik tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə sübut olduğunu deyib: “Biznesin qeydiyyatı sahəsində aparılan dəyişikliklərin davamı olaraq sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi Nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. E-qeydiyyat sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinin davamı olaraq həyata keçirilən layihələrdən biridir”.

Tədbirdə e-qeydiyyat sisteminin vergi ödəyicilərinə verdiyi üstünlüklər barədə danışılıb. Qeyd olunub ki, bu sistemin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. E-qeydiyyatın tətbiqi biznesə başlama üçün tələb olunan iki günlük vaxtı bir neçə dəqiqəyə qədər azaldıb.

Xatırladaq ki, iyulun 1-dən Azərbaycanda fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanılıb.

Nigar Məmmədli