İran və ABŞ nümayəndələri gizli görüşdü

iran-ve-abs-numayendeleri-gizli-gorusdu-
Oxunma sayı: 644

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu görüşlər barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Telekanalın məlumatında qeyd edilir ki, “Le Figaro” qəzetinin suriyalı müxalifət nümayəndəsinə istinadən yazdığı xəbərdə ABŞ və İran rəsmiləri gizli şəkildə iki dəfə göürşdükləri bildirilir. Bu görüşlərdən birinin 2011-ci ilin avqustunda, o birinin isə sentybarda olduğu xəbər verilir. Ancaq gizli görüşlərin harada baş tutduğu açıqlanmayıb.
Xəbərdə, rəsmilərin Suriyada Misirdə olduğu kimi, yüksək hərbi şura yaradılması fikrinin də müzakirə olunduğu qeyd edilir.
Görüşdə amerikalı diplomatların İrandan, ABŞ əsgərlərinin bu ilin sonunadək tamamilə çıxmasından əvvəl İraqda sabitliyi pozmaması, “Həmas” və “Hizbullah”a dəstəyini dayandımağı tələb etdikləri bildirilir. İrandan ABŞ-ın bu tələbinin cavabında Suriyada Bəşər Əsəddən sonrakı dövr üçün İrana düşmən bir rejimi dəstəkləməmək tələbi səsləndirilirb.