İrandan repçiyə ölüm fətvası-Video

irandan-repciye-olum-fetvasi-video
Oxunma sayı: 668

Milli.Az İSNA-ya istinadən bildirir ki, Qum şəhərindəki ayətullah Səfi Gülpəyqani fətva verərək dinindən dönən və xristianlığı qəbul edən Şahin Nəcəfinin ölümə layiq olduğunu bildirib.

Şahin Nəcəfinin "Nəqi" adlı mahnısı ayətullahları və ümumiyyətlə, İranın mövcud teokratik hakimiyyətini çox sinirləndirib.

2005-ci ildə İranı tərk edərək Almaniyaya mühacirət etmiş Şahin Nəcəfi burada "Tapesh 2012" adlı qrupda çalışmağa başlayıb.

"Nəqi" adlı mahnısında repçi 10-cu imam Əliyən Nəqi (ə) barədə oxuyur.

Ayətullah Səfi Gülpəyqani isə fətvasında bəyan edib ki, repçi mahnısında 10-cu imamı və ümumiyyətlə, islamı təhqir edib.