Birinci yarımfinaldan sonra Azərbaycan gerilədi - Fotolar

birinci-yarimfinaldan-sonra-azerbaycan-geriledi
Oxunma sayı: 3538

Ötən gün “Eurovision- 2019” mahnı müsabiqəsinin birinci yarımfinalından sonra proqnozlarda dəyişiklik olub. “Qafqazinfo” xəbər verir ki, bukmeykerlərin siyahısına əsasən, Niderland təmsilçisi Duncan Laurence “Arcade” mahnısı ilə liderlik kürsüsünü əldən verməyib. 

Lakin, qalibiyyətə iddialı olan Rusiya təmsilçisi Sergey Lazerev iki pillə geriləyərək dördüncü olub. Onun yerinə İsveç nümayəndəsi John Lundvik keçib. 

Birinci yarımfinalda uğurlu çıxış edən İslandiyanın “Hatari” qrupu isə 10-luğa daxil olaraq 6-cı olub. İlk gündən etibarən top 3-lükdə olan İtaliya təmsilçisi Mahmud isə 8-ci sırada yerini tutub. 

Qalibiyyətə namizəd olan digər müğənni Luca Hanni  (İsveçrə) isə xeyli geriləyərək 9-cu olub. Ötən günkü çıxışından sonra böyük uğur qazanan digər ifaçı isə Avstraliya nümayəndəsi Kate Miller olub. O, birbaşa 3-cü sırada öz yerini tutub. 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 3 pillə geriləyərək 4-cü olub. 

Sabahkı ikinci yarımfinaldan sonra siyahının yenidən dəyişəcəyi istisna edilmir.