İsa Qəmbər Türkiyəyə getdi

isa-qember-turkiyeye-getdi
Oxunma sayı: 686

Müsavat başqanı bu gün Ankarada Böyük Birlik Partiyasının qurultayında iştirak edəcək. Eyni zamanda onun Türkiyənin siyasi partiyaları, ictimai təşkilatları, media strukturları ilə bir sıra görüşlər nəzərdə tutulub.

Səfərdən öncə İsa Qəmbər “Yeni Müsavat”a bildirib ki, budəfəki Türkiyə səfəri Fransa Senatının məlum bədnam qərarından sonraya düşdüyü üçün müzakirə ediləsi xeyli önəmli mövzular var: “Hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibətlərinin bu mərhələdə daha da güclənərək çıxması, birliyimizin daha da güclü şəkildə bu mərhələdən keçməsi istiqamətində səfərimiz səmərəli olacaq. Mən hər zaman Azərbaycanın, Azərbaycan demokratik ictimaiyyətinin, Müsavat Partiyasının təmsilçisi kimi Müsavatın maraqlarından çıxış edərək mövqe bildirirəm. İnanıram ki, hər üç istiqamətdə görüşlərimiz, məsləhətləşmələrimiz müsbət nəticələr verəcək”.
Qeyd edək ki, İsa Qəmbər yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü Novxanıda İctimai Palatanın tədbirində iştirak eləmək üçün yanvarın 30-dan 31-nə keçən gecə Bakıya dönməyi planlaşdırıb.

musavat.com