İspaniya – Portuqaliya: iki il sonra, bu dəfə final üçün

ispaniya-portuqaliya-iki-il-sonra-bu-defe-final-ucun
Oxunma sayı: 663

“Qafqazinfo”nun verdiyi məlumata görə, ilk finalçı Portuqaliya – İspaniya qarşılaşmasında müəyyənləşəcək.

Gözlənilən heyətlər:

Portuqaliya: 1. Rui Patrisiu, 21. Joau Pereyra, 3. Pepe, 2. Bruno Alveş, 5. Fabio Koentrao, 4. Migel Velozo, 16. Raul Meyreleş, 8. Joau Moutinyo, 17. Nani, 9. Üqo Almeyda, 7. Kriştiano Ronaldo.
İspaniya: 1. İker Kasilyas, 17. Alvaro Arbeloa, 3. Xerard Pike, 15. Serxio Ramos, 18. Xordi Alba, 8. Xavi Ernandes, 16. Serxio Buskets, 14. Xabi Alonso, 21. David Silva, 10. Sesk Fabreqas, 6. Andres İnyesta.

Şəxsi görüşlər:

Komandalar indiyədək rəsmi oyunlarda 7 dəfə üz-üzə gəlib ki, bunlardan 4-də ispanlar, 1-də portuqallar qalib gəlib. Rəqiblərin AÇ-lərdə sonuncu görüşü 8 il əvvələ təsadüf edir. Qrup mərhələsində baş tutan oyunda Portuqaliya yeganə qolla qalib gəlib. Tərəflər arasında baş tutan son rəsmi görüş isə DÇ-2010-un 1/8 final mərhələsində keçirilib. Bu oyunda ispanlar 1:0 hesablı qələbə qazanıb. Yoldaşlıq görüşlərini də nəzərə alsaq, Cənubi Avropa təmsilçiləri indiyədək 34 dəfə qarşılaşıb. İspaniya 15, Portuqaliya 7 dəfə qələbə qazanıb. 12 oyun “sülh”lə başa çatıb. Top fərqi də “buğalar”ın xeyrinədir: 70-43.

Zədəlilər:

Portuqaliya yığmasının heyətində Elder Poştiqa oyunda iştirak edə bilməyəcək. Futbolçu Çexiya ilə görüşdə zədə almışdı. İspaniya millisində isə itki yoxdur.


1/2 final
27 iyun.
23:45. Portuqaliya – İspaniya
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Donetsk. “Donbass-Arena” stadionu

Ceyhun Əhmədov