İspaniyanın Xabi Alonso qələbəsi

ispaniyanin-xabi-alonso-qelebesi
Oxunma sayı: 641

AVRO-2012-də 1/4 final mərhələsində baş tutan Fransa-İspaniya qarşılaşmasında Alonso şousu baş verib. “Qafqazinfo”nun məlumatına görə, 19-cu dəqiqədə Xabi Alonso 100-cü oyununda ispan azərkeşlərinə ilk qolunu hədiyyə edib.

Bununla kifayətlənməyən Alonso gecənin qəhrəmanı olmaq şərəfini başqasına buraxmayaraq ikinci qola imza atıb. Belə ki, o, 90-cı dəqiqədə 11 metrlik cərimə zəribəsindən vurduğu qolla hesabı 2-0 edərək, komandasını yarımfinala çıxarıb.