İsrail səfirliklərinə hücum oldu, yaralılar var

israil-sefirliklerine-hucum-oldu-yaralilar-var
Oxunma sayı: 672

“Qafqazinfo”nun “Mignyus”a istinadən verdiyi xəbərə görə, Delhidə İsrail səfirliyinin binası qarşısında partlayış baş verib. İlkin məlumatlara görə, partlayışdan sonra səfirlikdə yerləşdirilən avtomobildə gizlənən İsrail deputatı yaralanıb. Terror aktı “Hizbulla” liderinin müavini İmad Muqniyenin ölümünün 4-cü ildönümünün qeyd edilməsindən sonra baş verib.

Analoji hadisə Tiflisdə də baş verib. Təhlükəsizlik xidmətinin əməkdaşının diplomatik nümayəndəliyin qarşısında yerləşdirilmiş avtomobildə partlayıcı qurğunu aşkar etməsindən sonra səfirliyə hücumun qarşısı alınıb.

Səfirliyin əməkdaşı polis çağırdıqdan sonra partlayıcı qurğu zərərsizləşdirilib.

Xatırladaq ki, İmad Muqniye 2008-ci ildə avtomobildə partlayıcı qurğunun yerləşdirilməsi ilə öldürülmüşdü. “Hizbulla” baş verənlərdə İsraili günahlandıraraq və hər il bunun qisaını almağa cəhd edir.

Səidə