İsraildə erməniləri və kürdləri dəstəkləmək planından narahatdırlar

israilde-ermenileri-ve-kurdleri-desteklemek-planindan-narahatdirlar
Oxunma sayı: 644


AzərTAc “İsruz” informasiya portalına istinadla xəbər verir ki, sözügedən planın həqiqətən bu nəşrdə qələmə verildiyi formada mövcud olması inandırıcı deyil.

“Yediot Axronot” nəşrində qeyd edilir ki, İsrail XİN-in başçısı Aviqdor Liberman qondarma “erməni soyqırımı”nın tanınması məsələsini beynəlxalq miqyasda dəstəkləməyə hazırdır. Lakin bu nəşrin fikrincə, belə bir addım atılması İsrailin Azərbaycanla münasibətlərinin avtomatik olaraq pisləşməsi demək olardı.

“İzrus” portalında deyilir: “Azərbaycan müsəlman dünyasında İsrailin praktiki olaraq yeganə strateji tərəfdaşıdır. Üstəlik, məhz İsrail XİN başçısı Azərbaycanla strateji alyansın memarlarından biri olmuşdur. Bu səbəbdən onun başçılıq etdiyi “İsrail bizim evimizdir” (İBE) partiyası Merets, “Kadima” və “Likud” partiyalarından olan deputatların qondarma erməni soyqırımının tanınması haqqında qətnamənin Knessetdə qəbul edilməsi cəhdlərinə hər vasitə ilə mane olub.

Xarici işlər nazirinin müavini və İBE-nin deputatı Dani Ayalon təqribən dörd ay bundan əvvəl bəyan edib ki, qondarma erməni soyqırımının Knesset tərəfindən tanınmasına əsla şans yoxdur. “Bu mümkün deyildir. Biz yüzillik tarixi olan mübahisəli məsələlər ucbatından müsəlman aləmində özümüzün əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlaya bilmərik”, - Dani Ayalon deyib.