İstanbulda “Özəl hərəkatçı” kitabının təqdimatı olub

istanbulda-ozel-herekatci-kitabinin-teqdimati-olub
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, təqdimatda çıxış edən millət vəkili Qənirə Paşayeva gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, gənclər millətimizin yaşadığı faciələr, soyqırımlar haqqında məlumatlı olmaqla yanaşı, İbad Hüseynovu və bu igid kəşfiyyatçının döyüş yoldaşlarını da tanımalı, onlardan nümunə götürməlidir. İbad Hüseynovun çətin sınaqlardan uğurla çıxdığını qeyd edən Qənirə Paşayeva vurğulayıb ki, cəsur döyüşçü nəinki Azərbaycan xalqı və türk dünyasının, bütövlükdə insanlığın qarşısında böyük xidmət göstərərək Monte Melkonyan kimi qəddar terrorçudan xilas edib. Belə qəhrəmanlarla qürur duymaq lazımdır. İbad Hüseynovun xidmətlərinin Azərbaycan dövləti və ümumilikdə Türk milləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva İbad Hüseynovu gənclərə örnək isimlərdən biri olaraq göstərib.

Tədbirdə çıxış edən İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu söyləyib. Tədbirdə iştirak edənlər də kitabla bağlı öz fikir və düşüncələrini bölüşüblər.