İxtiyar Abdal Ümid Partiyası haqqında bəyanat verdi

ixtiyar-abdal-umid-partiyasi-haqqinda-beyanat-verdi
Oxunma sayı: 844

İxtiyar Abdal Ümid Partiyasından istefa vermədiyini, daha öncədə olduğu kimi müəllimlik fəaliyyəti üçün Türkiyəyə getməyi planlaşdırdığını, bu üzdən fəaliyyətini dondurduğunu, geri döndükdən sonra fəaliyyətini bərpa edəcəyini vurğuladı.

Ümid Partiyasının ideoloji təbliğat şöbəsinin müdiri İxtiyar Abdal “Bizim yol” qəzetində onun adından gedən müsahibədən xəbəri olmadığını da vurğuladı. Müsahibənin onun adından digər istefa verən şəxs Qaya Əliyev tərəfindən hazırlandığını, bu müsahibəyə görə adı çəkilən şəxsə öz etirazını bildirdiyini də dedi. İxtiyar Abdal dünən Qaya Əliyevin “Azadlıq” qəzetində gedən açıqlamalarına da etirazını bildirərək qeyd etdi ki, Ümid Partiyasının siyasi kursunu bəyənir və dəstəkləyir: “Bu kursu dəstəkləməsəydim uzun müddət Ümid partiyasında olmazdım. Ümid partiyasının bu hakimiyyətlə mübarizədə öz yolu var. Və mən bu mübarizə üsulunu dəstəkləyirəm” .

İxtiyar Abdal Qaya Əliyevin onun adından açıqlamalar verməsini davam etdirərsə əlavə tədbirlər görəcəyini də bildirdi.