“Biz terrorun bütün növlərini pisləyirik”

biz-terrorun-butun-novlerini-pisleyirik
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı komitənin üzvü Asim Mollazadə qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı məlumat verib.

Komitənin digər üzvü Qənirə Paşayeva erməni terrorunun artıq uşaqları əsas hədəfə almasından danışaraq bildirib ki, cari ildə iki uşaq bu terrorun qurbanı olub.

Qənirə Paşayeva onu da vurğulayıb ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqlar məhv edilir. O bildirib ki, bu gün də Ermənistan tərəfində xeyli sayda azərbaycanlı əsir və girov kimi saxlanılmaqdadır. “Artıq neçə illər keçir, amma Ermənistan onları qaytarmaqdan imtina edir. Təəssüf ki, dünyanın gözləri qarşısında baş verən bu cür vandalizm aktlarına beynəlxalq ictimaiyyət lazımi reaksiya vermir”.

Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, İspaniya Krallığı Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran deyib ki, İspaniya dövlətlərarası əlaqələrin inkişafında maraqlıdır. Daha sonra Xosep Antonio Duran qeyd etdi: “Hesab edirik ki, terrora heç nə ilə bəraət qazandırmaq mümkün deyildir. Biz terrorun bütün növlərini pisləyirik”.

Qonaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Fatimə Kərimli