“Bizim üçün çətin olacaq” - Svanadze

bizim-ucun-cetin-olacaq
Oxunma sayı: 640

“Oyuna xeyli vaxtdır hazırlaşırıq. Ümid edirəm ki, sabah yaxşı və layiqli oynayıb, “Mladost” qarşı mübarizə apara biləcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının I təsnifat mərhələsində səfərdə sabah “Mladost”la (Serbiya) oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Gürcü mütəxəssis oyunun çətin keçəcəyini bildirib. O, rəqibin yaxşı komanda olduğunu, yaxşı futbolçulardan cəmləşdiyini bildiklərini söyləyib: "Mladost" bir neçə yeni oyunçu ilə güclənib. Sabah bizim üçün çox çətin olacaq. UEFA komandamızı cəzalandırıb. Artıq iki “transfer pəncərəsi”dir ki, futbolçi  transfer edə bilmirik. Bir sözlə, güclənmək əvəzinə dözürük. Ümid edirəm ki, yanvara kimi dözə biləcəyik. Sonrasına da baxarıq. Digər detallar sabah məlum olacaq. Necə hazırlaşmışıq, nə edəcəyik, hamısını sabah biləcəyik. Ümid edirik ki, hər iki matçda yaxşı mübarizə aparıb növbəti mərhələyə çıxacağıq”.