Klintonun başına iş gəldi – Video

klintonun-basina-is-geldi-video
Oxunma sayı: 644

Misirin şimalına, Aleksandriya şəhərinə səfər edən ABŞ dövlət katibi Hillari Klinton burada heç də xoş qarşılanmayıb. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dövlət katibinin korteji pomidor və boş butulka “atəşinə” tutulub.
Amerika səfirliyini mühasirəyə alan yüzlərlə etirazçı saatlarla Klintonun buradan aeroporta yola düşəcək kortejini gözləyiblər.

Yerli polisin nəzarət etdiyi narazı dəstə Klintonu görən kimi “Monika” deyə qışqırmaqla dövlət katibinə həyat yoldaşı ilə Monika Levinski arasında olan seksual qalmaqalı xatırlatmaq istəyiblər.