Medvedevin korteji qəza törətdi - Video

medvedevin-korteji-qeza-toretdi-video
Oxunma sayı: 685

Medvedevin bir ay əvvəl Kamçatkaya səfəri zamanı kortejinin qəza törətdiyi bildirilir. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kamçatka sakini Olqa Kuklina məlumat verib.

Belə ki, o, iyulun 4-də Medvedevin Kamçatkaya səfəri zamanı "Toyota Land Cruiser" avtomobili ilə Paratunka şəhərinə doğru hərəkət etdiyini bildirib.

Qarşıdan Dmitri Medvedevin kortejinin gəldiyini görən xanım sürücü yol vermək üçün maşını kənara çəkərək saxlayıb. Bu zaman kortejdəki avtomobillərdən biri Olqa Kuklinanın avtomobilini yan tərəfdən vurub. Qəza anı onun maşınında quraşdırılmış kamera vasitəsilə çəkilib və kadrlardan da həmin anı görmək olur.

Qeyd edək ki, Olqa Kuklina qəza zamanı maşında 6 aylıq körpəsinin də olduğunu iddia edib.

Eldar Tanrıverdiyev