“Mən mini libas geyinirəmsə...” - Fotosessiya

men-mini-libas-geyiniremse-fotosessiya
Oxunma sayı: 637

Müğənnilərin aparıcılıq etmələrinə münasibət bildiriən Leyla Ramazanlı deyib ki, bu təkliflərlə ona da müraciət olunub: “Bu heç də pis deyil. Sözün düzü, bu cür təkliflər mənə çox gəlib, lakin razılaşmamışam. Çünki bu, vaxt tələb edir. Mənim isə işlərim onsuz da çoxdur. Həm də ki aparıcılıq etmək məsuliyyət tələb edir”.
Bu gün xanım müğənnilərimizin bir sıra jurnallarda açıq-saçıq şəkillərinin yayımlanması barədə fikrini açıqlaya Leyla Ramazanlı bu cür təklif almadığını bildirib. “Artıq müasir zəmanədir. Və biz də bu zamanın tələbi ilə davranmalıyıq. Mən hər zaman müasir geyimlərə üstünlük vermişəm. Hər kəs də bunun şahididir. Lakin əgər mən mini libas geyinirəmsə, bu heç də o demək deyil ki, açıq-saçıq geyinə bilərəm. Biz nə qədər də müasir olsaq, özümüzə məxsus mentalitetimiz var. Şəxsən mənə bu cür təkliflər gəlsə belə, razılaşmaram”, - deyə müğənni qeyd edib.