Məşhur aktrisa Rafiq Tağı barədə nələr danışdı?

meshur-aktrisa-rafiq-tagi-barede-neler-danisdi-
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, aktrisa Facebook səhifəsində paylaşdığı statusunda ölümün əsas səbəbini həkimlərin məsuliyyətsizliyində görüb və onlara bir neçə sual verib: “Oxuyuram “Rafiq Tağı vəfat etdi.” Çox heyf ki, özünü və yazılarını heç tanımadım. Onunla bağlı xəstəxana görüntülərini görəndə isə şok keçirdim. Birincisi, necə olur ki, altı bıçaq zərbəsi alan birinin yanına əməliyyatdan çıxar-çıxmaz, hətta reanimasiya otağına kamera ilə bir neçə nəfər girə bilir? Buna kim icazə verdi??? Həm də həmin gün? Ağciyər əməliyyatı ən təhlükəli əməliyyatdır. Bildiyimə görə, yaralar sağalmayana qədər xəstənin yanına kimsə buraxılmamalıdır. Yanına kamera ilə girənlər nə qədər sterilli olublar ki?

İkincisi, necə olur ki, bir neçə əməliyyat olunan birisi bu qədər təhlükəli əməliyyatdan sonra normal palataya köçürülür? Həm də iki gün sonra...! Amma onun təhlükə ötüşmədən, yəni ciyərinə mikrob-filan düşməməsi üçün uzun müddət reanimasiyada sterilli bir mühitdə, damardan sistemlə qidalanması lazım idi.

Üçüncüsü. Necə olur ki, bu qədər narkoz yeyən birinə çay, su verilir??? Hamı bilir ki, narkozun təsiri çox zaman qusaraq keçir. Çox narkoz alma səbəbindən udqunma problemi ola bilir. Bunu Türkiyədə Yaşar Nuridə də gördüm. Və acı bir yazı oxuyuram. “Qusmağı nəfəs borusuna qaçıb”. Həm də normal palatada!!! Reanimasiyaya çatdıra bilməyiblər! Bəli Rafiq Tağı biriləri tərəfindən vuruldu, amma ölümü tamamən laqeydlik!!! Buna səbəb olanları vicdanları ilə baş-başa buraxıram. Allah rəhmət eləsin, məkanı cənnət olsun...”.

Nigar Məmmədli