Misirdə prezident seçkiləri keçirilir

misirde-prezident-seckileri-kecirilir
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, “France-Presse” agentliyi ölkə ərazisində 13 min seçki məntəqəsinin açıldığını xəbər verir.


“Əl-Cəzirə” telekanalının yaydığı məlumatda bildirilir ki, seçki məntəqələrinin önündə böyük seçici növbələri yaranıb. Telekanal həmçinin xəbər verir ki, seçki fəallığı getdikcə daha da yüksələcək. Ölkə ərazisi üzrə 50 milyon seçici qeydiyyatdan keçib.

Prezident vəzifəsinə 13 namizəd iddia edir. Namizədlər arasında ən tanınmışları Ərəb Ölkələri Liqasının sabiq başçısı Əmr Musa və Mübarək dövrünün baş naziri olmuş Əhməd Şafiqdir.
Səsvemə iki gün davam edəcək. Zəruri olarsa, 16-17 iyunda seçkilərin ikinci turu keçirilə bilər.