Mitinqdə çıxış edən qadının oğlu həbs edildi

mitinqde-cixis-eden-qadinin-oglu-hebs-edildi
Oxunma sayı: 641

Bu barədə redaksiyamıza Ş.Rzayevanin oğlu Əli Rza məlumat verdi. O dedi ki, Ş. Rzayevanın digər oğlu İlqar Rzayev “Gənclik” metrostansiyası yaxınlığında həbs olunub.

Ə. Muxtar bizlimlə danışarkən bildirdi ki, polis onun anasının yatdığı otağın pəncərəsi önündən narkotik tapıb: “Polislər Binəqədidə kirayə köçdüyümüz evə basqın edib. Evimizdə axtarış aparılıb. Anamın və həyat yoldaşımın mobil telefonları söndürülüb. Onlarla danışa bilmirəm. Anam Quran oxuyan qadındır. Onun otağından narkotik maddə tapıla bilməz. Bizim nəslimizdə narkoman yoxdur”.

Qeyd edək ki, İlqar Rzayev və Şirinbacı Rzayeva Rəsul Quliyevin təsisçisi olduğu Açıq Cəmiyyət Partiyasının üzvüdür.

musavat.com