Mitinqin təşkilatçıları “Qoroddel”ə çağırılacaq

mitinqin-teskilatcilari-qoroddele-cagirilacaq
Oxunma sayı: 1046

Səhlab Bağırov vurğulayıb ki, Nərimnaov Kinoteatrı qarşısında planlaşdırılan aksiyanın icazəsiz olması ilə bağlı mitinq təşkilatçılarına xəbərdarlıq olunacaq: “Biz çağırıb sözümüzü deyəcəyik. İcra Hakimiyyəti onlara yer verib. Buyurub, ayrılmış yerdə aksiyalarını keçirsinlər. əgər ayrılmış yerdə aksiya olacaqsa polis də asayişi təmin edə bilər. Əks halda, onlar icazəsiz aksiyaya cəhd edəcəklərsə, qarşılarında polis görəcəklər” .

Rəis müavini deyib ki, təkcə Nərimanov Kinoteatrının ətrafı deyil, bir çox yerlər nəzarətə götürüləcək və hər hansı qanunsuz cəhdin qarşısı dərhal alınacaq.

Xatırladaq ki, İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilən iclasında icazəsiz mitinq keçirilmək barədə qərar qəbul edilib.

Fatimə Kərimli