“Modern.az” baglanır

<b>“Modern.az” baglanır </b>
Oxunma sayı: 277

Onun sözlərinə görə, KİV-də parlament-cəmiyyət münasibətlərinin səmərəli əməkdaşlığının yaradılması və peşəkar media prinsipləri ilə yeni media texnologiyalarının tətbiqinə dəstək kimi nəzərdə tutulmuş Modern.az xəbər portalı 2011-ci ilin iyun ayınının sonundan fəaliyyətini dayandırmaq niyyətindədir.

“Bu barədə hələ ki başqa bir söz demək istəmirəm. Yeganə olaraq onu deyə bilərəm ki, sayt iyun ayının axırında fəaliyyətini dayandıracaq”-deyə E. Eyvazlı vurğulayıb.

Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 2 il ərzində Modern.az internet qəzeti ilk dəfə olaraq Milli Məclisin fəaliyyəti ilə bağlı sistemli şəkildə informasiyalar yayıb. Bununla da oxucular arasında parlamentin fəaliyyətini aydın və şəffaf şəkildə işıqlandıran etibarlı portal olaraq diqqəti cəlb edə bilib.

Sayt fəaliyyət göstərdiyi müddətdə həm də media ilə sıx şəkildə işləyib.

Modern.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi