BMT-nin İnkişaf Proqramı Fondla müzakirə apardı

bmt-nin-inkisaf-proqrami-fondla-muzakire-apardi-
Oxunma sayı: 629

“Qafqazinfo” xəbər verir ki, A. Broek DSMF-nin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti, fərdi uçot sahəsində görülən işlərlə tanış olub. DSMF sədri Səlim Müslümov bildirib ki, bu model müasir sığorta-pensiya sistemlərinin mühüm elementlərini özündə birləşdirir. DSMF sədri sığorta-pensiya sisteminın gələcək inkişaf istiqamətlərindən də danışıb.

A. Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. DSMF ilə BMT-nin İnkişaf Proqramı arasında uğurlu əməkdaşlığın mövcudluğuna toxunan A. Broek bu münasibətlərin davam edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihəsinə dair BMT-nin İnkişaf Proqramı ilə imzalanmış Sazişə uyğun olaraq görülən işlər nəzərdən keçirilib. Eyni zamanda DSMF-də Beynəlxalq Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması və digər əməkdaşlıq sahələri müzakirə edilərək, həmin istiqamətlərdə işlərin davam etdirilməsi qərara alınıb.