Müdafiə nazirinin yerinə nəqliyyat naziri gətirilir

mudafie-nazirinin-yerine-neqliyyat-naziri-getirilir
Oxunma sayı: 670

“Qafqazinfo”nun lenta.ru saytına istinadən verdiyi xəbərə görə, məlumat Nazirlər Kabinetinin rəsmi saytında yayılıb. Hammondun namizədliyi formal təsdiq üçün kraliça II Yelizavetaya göndərilib.
Bundan əvvəl Hammond nəqliyyat naziri postunu tuturdu. O bu vəzfədə 2010-cu ildə mühfizəkarların hakimiyyətə gəlməsinə qədər işləyib.
Sabiq müdafiə naziri Liam Foks oktyabrın 14-də istefa verib. Onun istefasına səbəb adının biznesmen dostu Adam Uerriti ilə hallanması bildrilir. Bu ilin payızında mediada yayılan xəbərlərdə rəsmi səfərlərdə Uerritinin Foksu müşayiət etdiyi yazılırdı.
Mətbuatın məlumatına görə, Uerriti sabiq müdafiə nazirinin xaricə səfərlərinə sponsorluq edirmiş. Foksun xarici səfərləri zamanı Uerriti müdafiə nazirinin məsləhətçisi təqdim olunur, bir sıra əhəmiyyətli beynəlxalq problemlərin həlli ilə bağlı danışıqlarda iştirak edirmiş.
Foks rəsmi səfərlərində dostu ilə birgə olduğunu etiraf edib, dostluğu işgüzar münasibətlərə qarışdırdığı üçün üzr istəyib.