Müğənni burnunu, ayaqlarını və sinəsini sığortalada bilər

mugenni-burnunu-ayaqlarini-ve-sinesini-sigortalada-biler
Oxunma sayı: 725

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, həmişə açıq-saçıq geyindiyini və bunu efir üçün etmədiyini söyləyib.

"Mən həmişə belə geyinəcəyəm. Əgər gözəlliyim, səsim və zövqüm olmasaydı, bu, başqa məsələ. Amma onların hamısı məndə var. Müğənni səhnəyə çıxarkən əvvəlcə onun necə göründüyünə diqqət yetirilməli, yalnız sonra səsi dinlənilməlidir. Bir sözlə, o, gözəl görünməlidir", - deyə gənc ifaçı qeyd edib.

Hələlik bədəninin heç bir yerini sığortalamağı düşünmədiyini deyən Sehrinin sözlərinə görə, nə vaxtsa belə fikrə düşsə, burnunu, ayaqlarını və sinəsini sığortaladar: "Axı onlar həqiqətən gözəldir!"