Müğənni qəzaya düşdü

mugenni-qezaya-dusdu
Oxunma sayı: 691

Məlumata görə, Tovuz rayon sakini Şəbnəm Əsədovanın idarə etdiyi ”İnfiniti” markalı avtomobil Şəmkir rayon sakini Xəyyam Vəliyevin idarə etdiyi “Şevralit” markalı maşınla, daha sonra yolun kənarında dayanan "VAZ - 21011"-lə toqquşub.

İlkin ehtimala görə, qəza “Şevrolit” markalı avtomobilin "İnfiniti"nin yoluna çıxması səbəbindən meydana gəlib. Hadisə nəticəsində ölən olmasa da hər üç avtomobilin sürücüləri ciddi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Şəbnəm Əsədova qərb bölgəsində tanınmış müğənnidir. Şəbnəm Tovuzlu təxəllüsü ilə çıxış edən müğənni bir çox mahnıların müəllifidir.

Faktla bağlı araşdırma aparılır./lent.az/