Müxalifət lideri internet portalının cəzalandırılmasını istəyir

muxalifet-lideri-internet-portalinin-cezalandirilmasini-isteyir
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, “Kommersant” qəzetinin yazdığı xəbərdə Nemsov onun telefon danışıqlarını internetdə yayanların barəsində cinayət işinin açılmasını xahiş edib.

Life New internet portalı bazar ertəsi Nemsovun kolleqaları ilə olan telefon danışıqlarını yayınlamışdı. Telefon danışığında korrekt olmayan ifadələr də yer alıb.

Nemsov Life New-in hərəkətlərini qanunsuz hesab edir. Müxalifət lideri bildirib ki, məhkəmənin “dinləmə”qərarı yoxdu, onun özü də kiməsə bu razılığı verməyib.

İnternet portalının rəhbərliyi isə bildirib ki, özlərini günahkar saymırlar və cavab verməyə hazırdırlar.

Nemsov və digər müxalifət liderləri bu hadisəni mitinqdən əvvəl məqsədli şəkildə hazırlanmış təxribat sayırlar.

Qeyd edək ki, müxalifət qüvvələr dekabrın 24-də Moskvanın Saxarov prospektində “azad seçkilər” şüarı ilə mitinq keçirməyə qərar verib.