Müxalifət mitinqlə bağlı razılığa gəldi

muxalifet-mitinqle-bagli-raziliga-geldi
Oxunma sayı: 658

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, fevralın 4-ə təyin olunmuş ümumxalq mitinqinin Bolotnıy meydanında keçirilməsi ilə bağlı razılığa gəlinib.

Moskva merinin müavini Aleksandr Qorbenko deyib ki, mitinqdə 50 min nəfərə yaxın insanın iştirakı gözlənilir. Mitinq saat 12.00-dan 15.00-dək keçiriləcək.

Danışıqlarda naşir-jurnalist Sergey Parxomenko, siyasətçilərdən Vladimir Rıjkov və Gennadiy Qudkov iştirak ediblər.