Müxalifət partiyasından məhkəməyə ittiham

muxalifet-partiyasindan-mehkemeye-ittiham
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Saatlı rayon şöbəsindən Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənov haqqında Şirvan şəhər Apelyasiya Məhkəməsinin çıxardığı qərarla bağlı etiraz bəyanatı qəbul olunub. Bəyanatda deyilir:

“Şirvan şəhər Apelyasiya Məhkəməsi 16.09.2011-ci ildə Klassik Xalq Cəbhəsi Partiyası Saatlı rayon şöbəsindən Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənovun Sabirabad rayon məhkəməsindən 08.09.2011-ci ildə etdiyi şikayət ərizəsinə baxaraq qərarı qüvvədə saxlamış və kasasiya şikayəti verilə bilməyəcəyini bildirib. Əlisa Həsənov Sabirabad polis şöbəsində ona qarşı edilmiş qanunsuz və zorakı hərəkətlərdən Sabirabad rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş prokurora və Ombudsmana rəsmi müraciət etməsinə baxmayaraq onun şikayəti obyektiv araşdırılaraq müvafiq tədbir görülməyib. Şirvan şəhər Apelyasiya Məhkəməsi isə yuxarıda qeyd olunduğu kimi 16 sentyabr 2011-ci ildə KXCP Saatlı rayon şöbəsindən Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənovun Sabirabad rayon məhkəməsinin 08 avqust 2011-ci ildə qəbul etdiyi qanunsuz qərarı qüvvədə saxlayıb. Maraqlıdır ki, hakim öz qərarını elan edərkən bildirib ki, qərardan şikayət verilə bilməz.

KXCP, Şirvan Apelyasiya Məhkəməsinin partiyanın Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənov haqqında çıxardığı qərarı qanunsuz və sifarişli hesab edir. Partiya, polis bölməsində işgəncələrə məruz qalan, obyektiv və əhatəli araşdırma aparılmadan haqqında qanunsuz məhkəmə hökmü çıxarılan Əlisa Həsənova fiziki işgəncə verən polislər haqqında ciddi ölçü götürülməsini tələb edir”.

KXCP-nin İdarə Heyətinin toplantısında partiyanın İnkişaf Planının müzakirəsi davam etdirib.

Fatimə