Napoleon Bonapart fransız deyil

napoleon-bonapart-fransiz-deyil
Oxunma sayı: 665

“Qafqazinfo”un Türkiyə mətbuatına istinadən xəbərinə görə, əvvəllər haqqında ərəb əsilli olduğuna dair iddialar ortaya atılan Fransa inqilabının memarı, general Napoleon Bonapartın əslində qafqazlı olduğu ortaya çıxıb. Molekulyar antroplogiya araşdırmaları üzərində çalışan genetika alimi Gerard Lucotte Napeleonun DNK testlərini incələyib və imperatorun babalarının Qafqazdan köçdüyü nəticəsinə gəlib.

Lucottenin iki ildir bu araşdırmalar üzərində çalışdığı xəbər verilir. Alim araşdırmalarının nəticələrini ötən ay “Journal of Molecular Biology” jurnalında yayınlayıb. Napeleonun ata soyundan gələn xromosomlarını incələyən elm adamı bir çox müəyyənləşdirici gen üzərində apardığı araşdırmaların nəticəsi olaraq onun babalarının qafqazlı olduğunu ortaya qoyub.

Fransız elm adamı Napoleonla bağlı analizlər üçün imperatorun saçından götürdüyü nümunələr əsasında araşdırmalarını aparıb.