“Nar Mobile” üçün böyük bina verildi - Fotolar

nar-mobile-ucun-boyuk-bina-verildi-fotolar
Oxunma sayı: 717

“Qafqazinfo”nun məlumatına görə, ofis Heydər Əliyev prospekti 106 A ünvanında yerləşir. Açılışda Nar Mobilenin baş direktoru Yurgen Pits, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak ediblər. Yurgen Pits bildirib ki, səkkiz min kvadrat metr ərazini əhatə edən bu bina Nar Mobile heyətinin yeni baş ofisi oldu. Altı yüz nəfər işçinin çalışması üçün hər bir şərait var.


Əli Həsənov bildirib ki, bu bina əvvəllər ayaqqabı fabriki olub. Əvvəllər ən keyfiyyətsiz ayaqqabı istehsal edən bu fabrikdə indi keyfiyyətli rabitə xidməti göstərən şirkət yerləşir.

İ. Məmmədov isə bildirib ki, az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azerfon bir çox uğurlara imza atıb.

Sonra jurnalistlər və qonaqlar bina ilə tanış olublar.