“Neftçi” qapıçı problemini necə həll edəcək? - Açıqlama

neftci-qapici-problemini-nece-hell-edecek-aciqlama
Oxunma sayı: 727

Əsas qapıçısı Rauf Mehdiyevi transferə çıxaran “flaqman”ın “Aris”in 27 yaşlı sabiq qapısına yüksək məbləğdə pul təklif etdiyi bildirilir.
Digər məlumata görə isə “Neftçi” “Xəzər Lənkəran” tərəfindən transferə çıxarılan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin xidmətində maraqlıdır.

Məsələ ilə bağlı “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. G. Abbaszadə yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirib: “Bu xəbərlər yanlışdır. Hazırda “Neftçi” heç bir qapıçı ilə maraqlanmır. İstər yerli olsun, istər xarici. Bizdə indi 2 qapıçı var. Avrokubok oyunlarında çərçivəni, yəqin ki, Saşa Stamenkoviç qoruyaca. Bundan başqa, gənc qolkiper Emil Balayevin də xidmətindən yararlana bilərik”.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda İsrailin “Hapoel” klubuna 0:4 hesabı ilə məğlub olduqdan sonra 3 əsas futbolçusunu transferə çıxarıb. Bunlar qapıçı Rauf Mehdiyev, müdafiəçilər Rail Məlikov və İqor Mitreskidir.

Ceyhun Əhmədov