Neftçilərin avtobusu kanala düşdü – 1 nəfər öldü

neftcilerin-avtobusu-kanala-dusdu-1-nefer-oldu
Oxunma sayı: 683

Bu barədə “Qafqazinfo”ya Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədov məlumat verib. O, bildirib ki, nəticədə avtobusda olan neftçi-fəhlə 1954—cü il təvəllüdlü Salyan rayonu Kərimbəyli kənd sakini Cəfərov Elxas Ramiz oğlu suda batmış avtobusdan çıxa bilməyərək boğulub. Digər fəhlələr və sürücü isə soyuq suda xeyli qalmalarına baxmayaraq avtobusdan çıxa biliblər. Onlardan bir nəfəri orta ağır vəziyyətdə Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb isə ilkin ehtimallara görə çox dumanlı havada sürücünün sərt döngəni görə bilməməsi olub.