“Onları İlham Əliyevlə müqayisə etmək olmaz”

onlari-ilham-eliyevle-muqayise-etmek-olmaz
Oxunma sayı: 714

“İctimai Palatanın 19 iyun mitinqi 2, 17 aprel mitinqləri kimi fiaskoya uğrayacaq” . Bunu millət vəkili Fəzail Ağamalı “Qafqazinfo”ya açıqlamasında deyib. Onun sözlərinə görə, İP-nın bu dəfəki mitinqində qeyri-adi vəziyyət özünü göstərməyəcək: “İndi mehriban düşmənlər olan AXCP və Müsavat partiyalarının sosial bazası mitinq keçirmək üçün çox zəifdir. Hətta onların öz üzvləri arasında belə bu partiyalara inamsızlıq var.”

İctimai Palatanın mitinqlərinə icazə verilməsinə münasibət bildirərkən isə millət vəkili deyib ki, ölkənin güclü iqtidarı olduğu kimi, zəif də müxalifəti var. Onların sosial bazası zəif olduğundan Bibiheybətə, Bayıla getmək istəmirlər. Amma bir az da yaxında yer vermək olar. F. Ağamalı onu da qeyd edib ki, 2003-cü ildə də bütün müxalifət qüvvələri birləşmişdi, amma etiraf etmək lazımdır ki, o zaman onların zəif də olsa bazası var idi. İndi isə sıfır vəziyyətindədirlər: “Bu mitinqlər dövlətçiliyə heç bir təsir göstərə bilməz. Ölkə prezidentinin çox böyük reytinqi var. Bu mitinqlərdən heç nə gözləmək olmaz, çünki onun başında duranlar İlham Əliyevlə müqayisədə çox zəif siyasətçidirlər. Onları ümumiyyətlə İlham Əliyevlə müqayisə etmək olmaz. Ona görə də şəxsən mən bu mitinqlərdən narahat deyiləm”.

Fatimə Kərimli