“Orada iki nəfər uzanmışdı...”

orada-iki-nefer-uzanmisdi
Oxunma sayı: 682

“Məndə belə təəssürat formalaşıb ki, bu aksiyanı icra başçısına müxalif olan qüvvələr təşkil ediblər. Daha dəqiq desəm, mənə elə gəlir ki, bu, Masallıdan keçmiş deputat, Daşkəsənin icra hakimiyyətinin başçısı Əhəd Abıyevin tərəfdarlarının təşkil etdiyi aksiyadır. Həmin şəxslər siyasi şüarlar irəli sürmürlər. Başlarının üzərində prezident İlham Əliyevin şəkli və hakimiyyəti dəstəkləyən şüarlar asılıb. Onların etiraz bəyanatlarını oxudum. Bu şəxslər yalnız icra başçısının və polis rəisinin dəyişməsini istəyirlər. Əsas iradları da ondan ibarətdir ki, həm icra başçısı, həm də polis rəisi naxçıvanlıdır. Bundan narazıdırlar və deyilər ki, Masallıya yerli sakinlərdən biri rəhbərlik etməlidir. Uzun müddətdir ki, Masallıda Əhəd Abıyevlə icra başçısı Qəzənfər Ağayevin tərəfdarları arasında nüfuz müharibəsi gedir. Bu aclıq aksiyası da həmin nüfuz müharibəsinin tərkib hissəsidir”.

Eynulla Fətullayev bildirib ki, aclıq aksiyasının keçirildiyi evə baş çəkiblər: “Orada iki nəfər uzanmışdı. Gördülər ki, biz gəlirik, bir nəfər də gəldi. Aksiyanı çox soyuq yerdə, eyvanda keçirirdilər. Eyvanda isə yer metlaxdır və çox soyuqdur. Mən orada 15 dəqiqə dayana bilmədim”.