“bp” Azərbaycana 3,84 milyon dollar xərcləyib

bp-azerbaycana-384-milyon-dollar-xercleyib
Oxunma sayı: 748


“Qafqazinfo” AzərTAc-a istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.

O, bildirib ki, cari ilin yanvar-sentyabr aylarında bp və onun tərəfdaşları ölkəmizdəki belə layihələrə 3,84 milyon dollar xərcləyib. Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək məqsədilə bp və onun tərəfdaşları ölkənin hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların artırılmasını dəstəkləyən təşəbbüsləri bundan sonra da davam etdirəcəklər.