“PKK-nı yığaram buraya”- Təhdid

pkk-ni-yigaram-buraya-tehdid
Oxunma sayı: 652

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Dilanın həkimi bu təklifi rədd etdikdə, “PKK-nı yığaram bura, görərsən”, deyə təhdid edildi.
İzmirdə bir gözəllik salonu işlədən Dilan Kahraman 2 ay əvvəl plastik əməliyyat etdirib. Plastik cərrah Hüseyn Tolgahan Alpaydın Dilanın estetik əməliyyatını edib, qırışlaını götürüb. Nəticədən razı qalmayan Dilan iki ay sonra nişanlısıyla yenidən müayinəyə gəlib və həkimə onu yenidən pulsuz əməliyyat etmək tələbi irəli sürüb. Həkim isə bu tələbi qəbul etməyib. Bundan sonra tərəflər arasında qalmaqal düşüb. Verilən məlumata görə, özündən çıxan Dilan, “Mən tunceliliyəm. Məni yenidən əməliyyat etməzsən, buraya PKK-nı yığaram”, deyib xəstəxananı tərk edib.

Bu təhdiddən qorxuya düşən həkim polisə xəbər verib. İzmir polisinin terrorla mübarizə şöbəsi hadisə ilə bağlı araşdırmaya başlayıb. Təqsirləndirilən Dilan Kahraman ittihamı rədd edərək, “əməliyyatdan razı qalmadığım üçün getmişdim. Əslində, həkim məni təhqir etdi”, - deyib. Polis, izahat alındıqdan sonra sərbəst buraxılan Dilan Kahramanın terror təşkilatı ilə əlaqəsinin olub-olmadığını araşdırır.