Prezident parlamentə çağırıldı

prezident-parlamente-cagirildi
Oxunma sayı: 647

“Media forum” saytı xəbər verir ki, fevralın 8-də parlamentin Rəyasət Heyəti bir qrup deputatın Əhmədinejadın iqtisadi siyasətlə bağlı qərəzsiz söhbətə çağırılması tələbini qəbul edib.

Prezidentin parlamentə çağırılması haqda ərizəni 70 deputat dəstəkləyib və bu da prosesin başlanması üçün kifayət edir. İran qanunvericiliyinə görə, prezident çağırışdan sonra bir ay ərzində parlamentə gəlməlidir.

2011-ci il iyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentə müraciət edib. Parlamentin Rəyasət Heyəti impiçmenti məqsədəuyğun saymayıb.