Prezident seçkilərinin vaxtı açıqlandı

prezident-seckilerinin-vaxti-aciqlandi
Oxunma sayı: 666

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, parlamentin yuxarı palatasının qərarına uyğun olaraq seçkilər 2012-ci ilin 4 mart tarixində keçiriləcək. Federasiya Şurasının verdiyi qərar beş gün ərzində “Rusiya qəzeti” yaxud “Parlament qəzeti”ndə çap olunmalıdır. Yalnız bundan sonra o qüvvəyə minmiş hesab olunacaq.

Qeyd edək ki, prezident seçkiləri martın 11-də keçirilməli olsa da, həmin gün iş günü olduğu üçün seçkilər bir həftə əvvələ salınıb.

Səidə